13:38
(077) 610-22-33

Penitensiar xidmətin əsgəri özünü güllələdi

  • >
637 13 Yanvar 2014 10:10 | Hadisə

Penitensiar xidmətin əsgəri özünü postda ehtiyatsızlıqdan güllələyib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yanvarın 12-də Penitensiar xidmətinin Mühafizə alayının əsgəri, 2013-cü ilin iyul ayında Beyləqan rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılmış, 1990-cı il təvəllüdlü sıravi Rzayev Coşqun Elşad oğlu xidmət apardığı keşikçi postunda növbədə tək olduğu şəraitdə saat 19.10 radələrində ona təhkim olunmuş avtomat silahından ilkin ehtimala görə ehtiyatsızlıqdan açılmış atəş nəticəsində xəsarət alıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb, lakin görülmüş tədbirlərə baxmayaraq əsgər aldığı ağır bədən xəsarətindən vəfat edib. Dərhal verilmiş məlumat əsasında hadisə yeri aidiyyəti üzrə Bakı şəhər Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən müayinə edilib.

Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az
Bağla X