Bakıda sərnişin avtobusu qəza törətdi: ölən var

Bakı şəhərinin Xəzər rayonu ərazisində ağır yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, saat 00 radələrində Binə qəsəbəsi ərazisində "Ayşən" MMC-yə məxsus olan və 160 saylı xətt üzrə hərəkət edən, 10 TC 247 nömrə nişanlı, "Daewoo" markalı sərnişin avtobusu piyadanı vurub.

Naxçıvan Muxtar Respublikası Şərur rayon sakini olan sürücü, 1963-cü il təvəllüdlü Səfərov Ədalət Abdulla oğlunun idarə etdiyi sərnişin avtobusu "Şan Bağı" restoranının qarşısında Yevlax rayon sakini, 1982-ci il təvəllüdlü Əliyev Mahir Tahir oğlunu vurub və piyada hadisə yerindəcə keçinib.

Faktla bağlı Xəzər RPİ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

AzNews.az