- Köhnə - Hadisə
- 15 Yanvar 2014 18:34
- 2 455
Avtomobil ərlə arvadı vurub
Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi bu gün saat 18.00 radələrində Babək prospekti-76 a ünvanında qeydə alınıb.
1987-ci il təvəllüdlü Ülfət Sultan oğlu Hüseynov idarə etdiyi 90 VN 560 dövlət nömrə nişanlı "Lada" markalı avtomobillə yolu keçmək istəyən Loğman İlyas oğlu Əliyevi və onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Laləzar Həsən qızı Əliyevanı vurub. Hər iki piyada ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az