23:46
(077) 610-22-33

Sərxoş kişi intihar etmək üçün elektrik dirəyinə çıxdı- FOTO

  • >
491 18 Yanvar 2014 11:46 | Hadisə


Gəncənin 50 yaşlı sakini Ayaz Hüseynov intihara cəhd edib.


AzNews.az əməkdaşı xəbər verir ki, A.Hüseynov intihar etmək üçün Ruzigar Qasımov küçəsindəki yüksək gərginlikli elektrik dirəyinə çıxıb. 40 metr yüksəklikdən özünü atmaq istəyən şəxsə əvvəlcə əraziyə toplaşanlar mane olmağa çalışıblar.

Daha sonra hadisə yerinə FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri və DYMİ-nin əməkdaşları gəlib. İntihar etmək istəyən şəxslə psixoloq söhbət etdikdən sonra onu fikrindən daşındırmaq mümkün olub. Elektrik dirəyindən düşməyə razı olan Ayaz Hüseynov polis bölməsinə aparılıb.

Ayaz Hüseynovun intihara cəhd etdiyi zaman sərxoş olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, Ayaz Hüseynovun oğlu 26 yaşlı Rüstəm Hüseynov da bu il yanvarın 1-də özünü yaşadığı binanın 3-cü mərtəbəsindən ataraq intihara cəhd edib.

Xaliq
AzNews.az
Bağla X