- Köhnə - Hadisə
- 21 Yanvar 2014 18:55
- 1 356
Beyləqanda iki nəfər bıçaqlanıb
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanvarın 19-da Beyləqan rayonu ərazisində rayon sakini Yasin Hüseynov münaqişə zəminində həmyerliləri Murad Qasımova və Pərviz Quliyevə bıçaqla xəsarət yetirib.
M.Qasımovun vəziyyəti orta-ağır, P.Quliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Y. Hüseynov könüllü olaraq Beyləqan Rayon Polis Şöbəsinə gələrək təslim olub.
AzNews.az