- Köhnə - Hadisə
- 22 Yanvar 2014 10:16
- 1 593
FHN-dən Təcili Yardım Stansiyalarına məlumat qadağası - Açıqlama
Bunu AzNews.az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib. O deyib ki, dəm qazından ölüm hadisələri ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ayrı-ayrılıqda yaydığı məlumatlarda üst-üstə düşməyən məqamlar ortaya çıxır. Bu da qurumlar arasında bəzi problemlər yaradır: "Bəzi hallarda biz vətəndaşın dəm qazından dünyasını dəyişdiyini bildirsək də, FHN-nin apardığı araşdırmalarda bunun bəzən zorakılıq hadisəsi nəticəsində baş verdiyi məlum olur. Ona görə də bizə bu cür statistikanın açıqlanması icazə verilmədi".
Amid Əyyuboğlu
AzNews.az