18:29
(077) 610-22-33

NAB: “Bizim Rza Zərrabla biznes əlaqəmiz yoxdur”

  • >
494 22 Yanvar 2014 16:14 | Hadisə


Türkiyədə keçirilən və aralarında azərbaycanlı iş adamı Rza Zərrabın da olduğu çox sayda tanınmış şəxsin həbsi ilə nəticələnən böyük rüşvət əməliyyatının Azərbaycana da təsiri barədə AzNews.az-ın yazdıqlarına "NAB Holding"dən açıqlama verilib.

Holdinqin hüquqşünası Hüseynbəyov Vüqarın verdiyi açıqlamada bildirilir ki, "NAB Holding" şirkətlər qrupuna daxil olan və Azərbaycanda fəaliyyət göstərən şirkətlər həyata keçirdikləri sahibkarlıq fəaliyyətlərində Azərbaycan qanunlarını rəhbər tutur və heç bir qeyri-qanuni fəaliyyətlə məşğul olmur: "Azərbaycan və Türkiyədə şirkətlər qrupuna daxil olan şirkətlərdə hər hansı bir araşdırma aparılmır və bizim şirkətin Rza Zərrabla heç bir biznes əlaqəsi yoxdur və olmayıb".

AzNews.az olaraq bildiririk ki, adıçəkilən xəbərdə Rza Zərrabın "NAB Holding"lə hansısa biznes əlaqələrinin olmasıyla bağlı deyil, şirkətlərin rəhbərliyində təmsil olunan Bəhram Oromi ilə çox yaxın qohum olduğuna dair məlumat yer alıb.

Elnur
AzNews.az
Bağla X