01:30
(077) 610-22-33

Şəmkirdə toyda kütləvi dava: yaralı var- FOTO

  • >
1 162 29 Yanvar 2014 08:02 | Hadisə

Şəmkir rayonunun Yeniabad kəndində toy məclisi kütləvi davaya çevrilib.

AzNews.az Kəpəz TV-yə istinadən məlumat verir ki, toy məclisində xeyli miqdarda spirtli içki qəbul edən dostlar bir-biriləri ilə yersiz zarafat ediblər.

Çox keçməyib ki, bu zarafat kütləvi davaya çevrilib. Nəticədə 30 yaşlı kənd sakini Mehman Fətəliyev çoxsaylı bıçaq zərbələri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat olunan yaralının vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Hadisəyə ilkin səbəb kimi sərxoş gənclərin bir-birinə nalayiq ifadələr işlətməsi göstərilir.

Şəmkir polisinin keçirdiyi ilkin istintaq tədbirləri zamanı məlum olub ki, M.Fətəliyevə bıçaqla xəsarət yetirmiş şəxs onun həmyerlisi 30 yaşlı Xəyal Həsənovdur. Polisdən verilən məlumata görə, X.Həsənov cinayətdə istifadə etdiyi soyuq silahla birlikdə saxlanılıb.

Hazırda davanın digər iştirakçılarının müəyyən edilib saxlanılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

AzNews.az
Bağla X