Qazaxıstanda məktəblər bağlandı

Qazaxıstan paytaxtında güclü şaxta hökm sürür. Astana məktəblərində bütün siniflərdə dərslər təxirə salınıb.

Trend-in məlumatına görə, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.

Məlumatda deyilir: "Yanvarın 29-da güclü şaxta ilə əlaqədar Astana məktəblərində 1-11-ci sinif şagirdləri üçün məşğələlər təxirə salınıb".

Respublikanın Hidrometeorologiya Mərkəzinin məlumatına görə, paytaxtda havanın temperaturu 35-37 dərəcə şaxta təşkil edir.

AzNews.az