19:29
(077) 610-22-33

İntihar edənlərin sayı açıqlandı - STATİSTİKA (Özəl)

  • >
1 235 30 Yanvar 2014 15:22 | Hadisə

"Yanvar ayında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 müraciət daxil olub".


Bunu AzNews.az-a açıqlamasında Stansiyanın operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib.

Onun sözlərinə görə, intiharlar əsasən özünü asma halları ilə baş verir: "Stansiyaya özünü asma ilə 6 müraciət daxil olub. Bunlardan 4-ü qadın, 2-si kişi olub. Onlar dünyasını dəyişib".

Z. Vahidova əlavə edib ki, 1 nəfər özünü bıçaqlayıb, 1-i isə dənizə atıb: "2 nəfər sirkə turşusu vasitəsi ilə 15-i kimyəvi zəhərlənmə və dərman zəhərlənmələri ilə özünə qəsd edib. Sözü gedən şəxslərin həyati təhlükəsi aradan qaldırılıb".

Amid Əyyuboğlu
AzNews.az
Bağla X