17:36
(077) 610-22-33

Qarlı, şaxtalı hava şəraiti davam edəcək

  • >
2 133 31 Yanvar 2014 11:41 | Hadisə

Azərbaycanda qarlı, şaxtalı hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında fevralın 1-də arabir qar yağacaq, mülayiş şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında fevralın 1-də havanın temperaturu gecə və səhər 4-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Azərbaycan rayonlarında da fevralın 1-də qar yağacaq, şərq küləyi əsəcək. Yollar buz bağlayacaq. Havanın temperaturu gecə 4-8 dərəcə şaxta, gündüz 0-4 şaxta proqnozlaşdırılır. Dağlarda gecə 13-18, gündüz 3-8 dərəcə şaxta gözlənilir.

Fevralın ilk günlərində Azərbaycanda şaxtalı, qarlı hava şəraiti davam edəcək.

AzNews.az
Bağla X