13:14
(077) 610-22-33

3 gündür əsgərlikdən gələn gənc Bakıda yıxılıb öldü

  • >
1 649 2 Fevral 2014 10:56 | Hadisə

Qar bir gəncin ölümünə səbəb olub.

AzNews.az anspress-ə istinadən xəbər verir ki, səhər saat 10 radələrində 9-cu mikrarayon Həmzə Babaşov küçəsində 19-20 yaşlarında bir gənc dünyasını dəyişib. Gəncin yol gedərkən yıxılaraq öldüyü bildirilir.

Təcili və Təxirə Salınmaz Tibbi Yardım Xidmətindən aldığımız ilkin məlumatda, gəncin buzlu yolda gedərkən yıxılaraq başından aldığı zədədən dünyasını dəyişdiyi bildirilir.

Hadisə şahidləri adını bilmədikləri gəncin Həmzə Babaşov küçəsində 6 saylı binada yaşayan bibisi Bahar adlı qadının evində qonaq olduğu deyirlər. Onların sözlərinə görə, gənc 3 gün əvvəl əsgərlikdən gəlib və yaxın ərazidə yerləşən şadlıq evlərinin birinə işə düzəlməyə gedirmiş.
Bağla X