01:41
(077) 610-22-33

Şəmkir “manyakları” hələ də azadlıqdadır

  • >
693 24 Avqust 2012 15:49 | Hadisə

Bu il iyun ayının 28-dən avqust ayının 1-dək Şəmkirdə vətəndaşların evlərinə hücum edilməsi fakti ilə bağlı təqsirləndirilən şəxs qismində saxlanılan yoxdur. Bu barədə məlumat AzNews.az-a Şəmkir Rayon Pokurorluğundan verilib.

Xatırladaq ki, əhali arasında qorxu və təşvişə səbəb olan, mətbuatda "manyakların hücumu" kimi yer alan hadisələrlə bağlı Cinayət Məcəlləsinin 157-ci maddəsinə əsasən cinayət işi açılıb. Bir müddət əvvəl şəmkirli manyakların saxlanılması ilə bağlı yayılan xəbərlər də həqiqətə uyğun deyil. Belə ki, saxlanılan Arzu Rzayev və Samir Mürşüdov inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Rayon polis idarəsindən verilən məlumata görə, adıçəkilən şəxslər azyaşlıdır və həmin dövrdə sadəcə ayrı-ayrı şəxslərə məxsus evlərə daş ataraq sakinlər arasında təşvişə səbəb olublar.

Hazırda Şəmkir polisi Morun və Sərxanlı kəndlərində evlərə daxil olaraq əsasən qadınlara hədə-qorxu gələn və müxtəlif şaəyələrin yaranmasına səbəb olan şəxslərin axtarışını davam etdirir. Rayonda tam sakitlik olduğu və əhalinin narahatlığının aradan qalxdığı bildirilir.

E.Əlosmanqızı
AzNews.az
Bağla X