17:31
(077) 610-22-33

Bakıda yaşayış evində faciə: Ana və bala diri-diri yandı (Yenilənib)

  • >
2 458 1 Mart 2014 09:18 | Hadisə

Bakıda dəhşətli yanğın olub.
AzNews.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı kürsülü evin 1 otağının döşəməsi 2 kv.m sahədə, 1 ədəd divan və 1 ədəd kreslo yanıb.

Yanğınsöndürənlər hadisə yerinə çatana kimi ev sahibi tərəfindən onun həyat yoldaşının və qızının meyitləri aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.(10.11)

***

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından AzNews.az-a verilən məlumata görə, hadisə ilə bağlı gecə saat 2-də Xəzər rayonu Türkan qəsəbəsi Gənclər küçəsi ev 20-dən yanğında xəsarət alanlarla bağlı onlara müraciət olunub. Hadisə nəticəsində xəsarət alan ana İbrahimova Təravətin (50 yaş) və qızı Abdullayeva Samirənin (20 yaş) həkimlərin səyinə baxmayaraq həyatlarını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Xəzər rayon Polis İdarəsi hadisə ilə bağlı araşdırma aparır.

Amid
AzNews.az
Bağla X