16:57
(077) 610-22-33

Fərdi yaşayış evində partlayış - ev sahibi ölüb

  • >
765 1 Mart 2014 18:08 | Hadisə

Masallıda fərdi yaşayış evində partlayış baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, bu dəfə hadisə rayonun Şərəfə kənd sakini, 76 yaşlı Naib Məhəmməd oğlu Hümbətova məxsus ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb.

Partlayışdan sonra baş verən yanğın barədə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinə xəbər verilib, hadisə yerinə dərhal iki yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub. Yanğınsöndürənlərin səylərinə baxmayaraq, ümumi sahəsi 150 kv.m olan 5 otaqlı evin 75 kv.m ərazisi içindəki əşyalarla birgə yanıb.

Ev sahibi Naib Hümbətov yanğın zamanı evdə olub. Yaxınlarının sözlərinə görə, N.Hümbətovun gözləri görmədiyindən o, özünü xilas edə bilməyib.

Hadisə şahidləri yanğının maye qaz balonunun sızması səbəbindən baş verdiyini ehtimal edirlər. Yanğının dəqiq səbəbləri isə aidiyyatı qurumlar tərəfindən aparılan ekspertizanın rəyindən sonra məlum olacaq.



AzNews.az
Bağla X