02:47
(077) 610-22-33

Qazdan zəhərlənənlərin dəqiq sayı açıqlandı- Rəsmi

  • >
856 6 Mart 2014 09:35 | Hadisə


Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verən kütləvi zəhərlənmə hadisəsində xəsarət alanların sayı bəlli olub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından AzNews.az-a verilən məluata görə, martın 5-i saat 19.00 radələrində stansiyanın qaynar xəttinə Lökbatan qəsəbəsində kütləvi zəhərlənmə ilə bağlı müraciət daxil olub.

Stansiyadan bildirilib ki, hadisə zamanı quruma 77 müraciət daxil olub. Bunlardan 45 nəfəri xəstəxanaya yerləşdirilib, 32 nəfərinə isə yerində ambulator yardım edilib.

Xatırladaq ki, martın 5-də axşam Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi Vilayət Əsgərov 4 ünvanında kütləvi zəhərlənmə baş verib.

Sakinlərin bildirdiyinə görə, qaz kəsilib, bir saat sonra isə binalara qazın verilişi yenidən bərpa olunub. Bu vaxt qazdan kəskin qoxu gəlib. Bu qoxu kütləvi zəhərlənməyə səbəb olub.

Hadisə yerində olan "Azəriqaz" İstehsalat Birliyinin Qaz Satışı İdarəsinin rəisi Vaqif Namazov deyib ki, ilkin araşdırma zamanı təbii qaza vurulan aderant maddəsinin miqdarının qədərindən artıq olduğu müəyyənləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da hadisə yerinə gəlib. Onlar ərazidə radioloji, kimyəvi, bioloji, bakteroloji səyyar mobil laborotoriya quraşdırıblar və araşdırma aparıblar.

Amid
AzNews.az
Bağla X