03:36
(077) 610-22-33

NATO- ABŞ Ekspert Qrupunun görüşü keçiriləcək

  • >
361 17 Mart 2014 09:11 | Hadisə

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 18-19-da Bakı şəhərində Silahlı Qüvvələrin Hərbi Təhsil Sisteminin bəzi sahələrinin inkişafına yardım göstərilməsi məqsədilə NATO/ABŞ Ekspert Qrupunun işçi görüşü, NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən martın 18-dən 20-dək Tuusula şəhərində (Finlandiya) Əməliyyat İmkanları Konsepsiyası Qiymətləndirmə və Analiz Proqramının məlumat bazası üzrə təlim kursu və Azərbaycan-ABŞ iş planına əsasən martın 18-dən aprelin 4-dək Novo Selo şəhərində (Bolqarıstan) "Saber Guardian" kompüter dəstəkli komanda qərargah təlimi keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcək.

AzNews.az
Bağla X