10:17
(077) 610-22-33

Bakıda bir gündə iki intihar: Biri özünü asdı, digəri bıçaqladı

  • >
1 050 18 Mart 2014 10:24 | Hadisə


Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində 32 yaşlı kişi özünün yaşadığı evdə özünü öldürmək istəyib.

Qaradağ rayon Polis İdarəsindən AzNews.az-a verilən məlumata görə, hadisə bu gecə saat 00:12-da Lökbatan 3 yaşayış massivi bina 48-də baş verib. Bildirilib ki, kişi özü-özünü bıçaqla vurub. Hazırda polis onun hansı səbəbdən özünə qəsd etmək istəməsini araşdırır. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından AzNews.az-a bildirilib ki, özünə intihar edən şəxsin yaxınları tərəfindən gedcə saat 00:15-də çağırış olub. Qəsəbə sakini 32 yaşlı Zaur Vəliyev bıçaq zərbəsindən qarnın ön divarının kəsilmiş deşilmiş yarası ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Həmçinin dünən Bakının Nərimanov rayonunda səhər saat 10:00 radələrində 22 yaşlı oğlan da intihara cəhd edib. Nərimanov polisindən bildirilib ki, özünə intihara cəhd edən şəxs 22 yaşlı rayon sakini Adil Ağayevdir. O özünə intihar məqsədi ilə asıb. Hazırda polis onun hansı səbəbdən özünə qəsd etmək istəməsini araşdırır. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, özünə xəsarət yetirən şəxs ağır vəziyyətdə M. Əfəndiyev adına 2 saylı şəhər Klinik xəstəxanasına yerləşdirilib.

Amid
AzNews.az
Bağla X