23:58
(077) 610-22-33

Ağdaşda avtomobil oğrusu tutuldu

  • >
664 20 Mart 2014 15:45 | Hadisə

Ağdaşda avtomobil oğrusu tutulub.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 19-da Ağdaş şəhərinin ərazisindən Kəlbəcər rayon sakini İlqar Yusibova məxsus "VAZ-21074" markalı avtomobil qaçırılıb.

Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış Yuxarı Qəsl kənd sakini Elnur Rəsulov tutulub.

Bundan başqa, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də Füzuli Məhərrəmovun "Mercedes" markalı avtomobilini soyğunçuluq yolu ilə almış Bakı şəhər sakini Cavid Əliyev tutulub.

Aparılmış əməliyyat tədbirləri ilə onun quldurluq yolu ilə yanvarın 17-də Oruc Heydərovun mobil telefonunu və "Mercedes" markalı avtomobilini, Bayram İsmayılovun "Mercedes" markalı avtomobilini alması da müəyyən edilib.

AzNews.az
Bağla X