01:26
(077) 610-22-33

17 yaşlı lisey tələbəsi itkin düşdü- FOTO

  • >
1 006 27 Mart 2014 16:26 | Hadisə

Qəbələ rayonunda 17 yaşlı oğlan itkin düşüb.

Rayon Polis Şöbəsindən AzNews.az-a daxil olan məlumata görə, Qəbələ şəhərinin Məmməd Araz küçəsindəki 12 saylı mənzildə yaşayan Surxayev İlqar Rafiq oğlu Qəbələ RPŞ-yə ərizə ilə müraciət edərək bildirib ki, onunla birgə yaşayan oğlu, 1997-ci il təvəllüdlü Cavid Rafiqli martın 25-də səhər saat 10:00 radələrində evdən çıxaraq bir daha geri qayıtmayıb. Hazırda polis əməkdaşları tərəfindən Cavid Rafiqlinin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Məlumata görə, Qəbələ rayon Peşə Liseyinin tələbəsi olan Rafiqli Cavid İlqar oğlunun boyu 1 metr 60 santimetr, saçlarının rəngi sarı, gözlərinin rəngi şabalıdıdır. Evdən çıxarkən onun əynində göy rəngli gödəkçə və cins şalvar, şabalıdı rəngdə ayaqqabı olub. Onu görənlərdən və ya yerini bilənlərdən Qəbələ rayon Polis Şöbəsinin 051-985-02-02 və 055-607-64-70 telefonlarına zəng edərək məlumat vermələri xahiş olunur.

AzNews.az
Bağla X