- Köhnə - Hadisə
- 3 Aprel 2014 10:39
- 2 988
Hakimin adam döyməsi ilə bağlı müstəntiqdən açıqlama
Müstəntiq "Qafqazinfo"ya açıqlamasında hakim Rauf Əliyevin xəsarət aldığını deyib.
E. Zamanovun sözlərinə görə, qanunda təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün yalan danışmaq hüququ var: "İlqar Paşayev də özünümüdafiə xarakterli çıxş edir. Hakim Rauf Əliyev xəsarət alıb. İstintaqı apararkən şahid dinləmələri keçirilib. Sürücü hakimə dəmir açarla xəsarət yetirib. Hadisənin videogörüntüləri ilə bağlı da sorğu göndərilib. Sorğuya cavab aldıqdan sonra faktlar açılmış cinayət işinə tikiləcək. Sürücü barədə 2 ay həbs qətimkan tədbiri seçilib. Hazırda o Bakı İstintaq Təcridxanasında saxlanılır".
Binəqədi rayon 7-ci bölmənin polis rəisi Ceyhun Hüseynov müavini, Hakim Rauf Əliyevin oğlu Bəhruz Əliyevin hadisədə adının hallanması ilə bağlı iddialara cavab verib. Polis rəisi "Qafqazinfo" ya açıqlamasında bildirib ki, mətbuatda yayılanlar əsassızdır:
"Sizə düzgün məlumat verməyiblər. Hadisə müstəntiq tərəfindən araşdırılıb. Təqsirləndirilən şəxs barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib"
AzNews.az