04:05
(077) 610-22-33

Fərdanın ANS-dəki verilişi bağlandı

  • >
1 266 16 Aprel 2014 13:45 | Hadisə

Yumor ustası Fərda Xudaverdiyevin ANS telekanalında yayımlanan "Formula 3" adlı verilişinin yayımı dayandırılıb.

Bu haqda Axşam.az saytına aktyor özü məlumat verib. O, verilişin tələb olunan reytinqi yığmadığını bildirib:

"Hazırda telekanallarda reytinq məsələsinə daha çox fikir verilir. Bizim veriliş ANS-in istədiyi nəticəni vermədi. Əvvəldən razlışdığımız şərtlərə əməl olunmadı. Məndən verilişin quruluşunu dəyişməyimi istədilər. Amma onu edə bilməzdim. Onların istədiyi gülüş forması bizi uçuruma aparır. Mənim yumora baxışım fərqlidir. Biz də isə bunu az adam qəbul edir. Mənim verilişimdəki yumor ciddiliyi sevir. ANS-də iki veriliş də yayımlanacaq, çünki onları əvvəlcədən çəkib hazırlamışıq. Ondan sonra fərqli verilişlə başqa telekanalda efirə çıxacam".

AzNews.az
Bağla X