“Belə bir hadisə hər kəsin başına gələ bilər” “Belə bir hadisə hər kəsin başına gələ bilər”

Firəngiz Mütəllibovanın bacısı bıçaqlandı - Eksklüziv

“Belə bir hadisə hər kəsin başına gələ bilər”



Xalq artisti Firəngiz Mütəllibovanın bacısı bıçaqlanıb. Hadisə avqustun 29-da, günorta saatlarında baş verib. AzNews.az-ın məlumatına görə, bıçaqlanma xanımın öz dostu ilə aralarında yaranan münaqişə səbəbindən olub. Aktrisanın bacısının səhhəti artıq normallaşıb. O, xəstəxanadan evə buraxılıb.

Firəngiz xanım bacısının xəstəxanaya düşməsi faktını təsdiqləsə də, hadisənin ehtiyatsızlıq ucbatından baş verdiyini söylədi: "Bacım evdə olarkən yaralanıb. Sadəcə yağ doğrayarkən bıçaq sürüşüb. Belə bir hadisə hər kəsin başına gələ bilər. Bıçaq birinin əlini kəsir, birinin isə qarnına girir. Burda heç bir şişirdiləsi hadisə yoxdur. Hal-hazırda bacımın vəziyyəti normaldır".

Əminə
AzNews.az