13:21
(077) 610-22-33

Erməni əsir Azərbaycan xalqından üzr istədi- Fotolar + Video

  • >
5 538 7 Avqust 2014 19:54 | Hadisə

Ermənistan ordusunun təxribat-diversiya qrupunun əsir götürülmüş üzvü Şəmkir hərbi birləşməsinə aparılıb.

APA-nın bölgə müxbirinin məlumatına görə, Şəmkir hərbi birləşməsinə aparılan erməni əsirin jurnalistlər tərəfindən görüntülənməsinə icazə verilib. Korpusdan bildiriblər ki, itkilər verərək geri çəkilən təxribat-diversiya qrupunun 4 üzvü məhv edilib, daha bir üzvü Berd rayonun Çinari kənd sakini 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən tutulub.

Öldürülmüş diversiya qrupunun üzvlərinin üstündən xeyli sayta hərbi silah-sursat aşkar edilərək götürülüb.

Hərbi birləşmədən bildiriblər ki, əsirin üzərindəki mobil telefonda onun hərbi formada şəkilləri və komandirlərinin telefon nömrələri olub.

Dindirilən əsir, Azərbaycan xalqından və Prezidentindən üzr istəyib və öz ölkəsinə geri qaytarılmasını xahiş edib.



AzNews.az
Bağla X