Azərbaycan Ordusunun əsgəri qəfldən dünyasını dəyişdi

Azərbaycan Ordusunun əsgəri qəfldən dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a bildiriblər ki, ölüm faktı Müdafiə Nazirliyin Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb.

Belə ki, əsgər Seyran Eynulla oğlu Hənifəyev qəfildən dünyasını dəyişib. İlkin ehtimala görə, əsgərin ölümünə kəskin ürək və tənəffüs çatışmazlığı səbəb olub.

AzNews.az