12:19
(077) 610-22-33

Əlibəylidə dəhşət: ermənilər mülki avtomobili partlatdılar

  • >
4 653 9 Avqust 2014 13:36 | Hadisə

Bu gün Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribata əl atıblar.

AzNews.az-ın cəbhə xəttinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, ermənilər Tovuz rayonunun Əlibəyli kəndində VAZ 21-07 markalı mülki avtomobili atəşə tutublar. Nəticədə avtomobil partlayaraq külə dönüb. Xoşbəxtlikdən avtomobildə olan 3 nəfər kənd sakini atəş başlayan kimi avtomobildən düşərək ərazidən uzaqlaşa biliblər.

Bundan sonra Azərbaycan Silahlı Qüvvələri cavab atəşləri açıb və düşmən susdurulub. Bundan əlavə ermənilərin bir hərbi texnikası sıradan çıxarılıb.

Ramil Məmmədli
AzNews.az
Bağla X