- Köhnə - Hadisə
- 11 Avqust 2014 07:12
- 1 901
Bakıda sərxoş sürücü mağazaya maşınla girdi
Belə ki, yolun əks tərəfi ilə hərəkətdə olan "VAZ" markalı avtomobil yolun kənarındakı mağazaya girib. Xoşbəxtlikdən xəsarət alan olmasa da mağazaya ciddi ziyan dəyib.
Sükan arxasında olan sürücü isə hadisə yerindən qaçmağa çalışsa da sakinlər onun qarşısını ala biliblər. Sürücü sərxoş olduğundan o hadisənin necə olduğunu belə xatrlamayıb.
Qəza baş verən zaman isə mağazada heç kim olmayıb.
Baş verən hadisə ilə mağaza sahibi sürücüdən zərərin ödənilməsini tələb edib. Artıq bununla bağlı Nəsimi rayon polis idarəsinədə müraciət edilib. Faktla bağlı araşdırma aparılır. (anspress)
AzNews.az