- Köhnə - Hadisə
- 14 Avqust 2014 22:53
- 2 559
Ermənilər Karenin cəsədini istəyir
ANS PRESS-in məlumatına görə, bu haqda BQXK İrəvan ofisinin rəhbəri Zara Amatuni erməni mətbuatına bildirib.
"Karenin cəsədi tərəflər arasında qarşılıqlı razılıq əldə olunandan sonra Ermənistana çatdırılacaq. Biz müstəqil vasitəçilər kimi, Azərbaycan və Ermənistan hakimiyyəti ilə danışıqlar aparırıq ", - deyə Z.Amatuni deyib.
Xatırladaq ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 7-də Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Düşmən qrupunun zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində dəstənin 4 üzvü məhv edilmiş, daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini, 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən ələ keçirilmişdi.
Avqustun 8-də səhər saatlarında dəstənin ələ keçirilmiş üzvü Karen Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib.
AzNews.az