Daşkəsəndə ov zamanı faciəli hadisə baş verib. Daşkəsəndə ov zamanı faciəli hadisə baş verib.

Ov faciə ilə bitti - Daşkəsəndə

Daşkəsəndə ov zamanı faciəli hadisə baş verib.



AzNews.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə avqustun 23-də rayonun Astaf kəndində qeydə alınıb.

Kənd sakinləri, əvvəllər məhkum olunmuş Xəqani Abdullayev, Sahib Cabbarov, İlham Hüseynov və onun qardaşı İman kəndin ərazisində yerləşən "Göy Yurd" adlandırılan ərazidə ov edərkən tüfəngdən açılmış atəşdən X.Abdullayev ölüb.

Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində S.Cabbarov, İ.Hüseynov və İlham Hüseynov saxlanılıblar. Hadisə yerindən müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb, əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

AzNews.az