02:18
(077) 610-22-33

Bakıda ağac soyqırımının yeni növü-Nazirlikdən reaksiya gəldi (Yenilənib)

  • >
1 400 26 Avqust 2014 14:22 | Hadisə

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində ağacların yandırılması barədə AzNews.az-da gedən yazı ilə bağlı açıqlma verib.


Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, şikayət dərhal Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Əraziyə baxış zamanı sözügedən ünvanda 5 ədəd "Eldar şamı" və 4 ədəd iydə ağacının naməlum şəxslər tərəfindən yandırılması faktı aşkar olunub. Qeyd olunanlarla əlaqədar təqsirkarların müəyyən olunması üçün Binəqədi rayon Polis İdarəsinə müraciət edilib. Eyni zamanda, ərazidəki ağaclara aqrotexniki qulluq göstərilməsi üçün Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan göstəriş verilib. Hazırda sözügedən yaşıllıq ərazi Nazirliyin aidiyyəti qurumunun əməkdaşları tərəfindən nəzarətə götürülüb.

***
15:09

Bakının 6-cı mikrorayon ərazindəki meşə zolağında ağaclar bilərəkdən yandırılıb, yerindən çıxarılıb.

AzNews.az xəbər verir ki, bu barədə lent.az-a yerli sakinlər məlumat veriblər. Məlumata görə, təmizlik adı altında ağacların ətrafında quru ot və kol-kos yandırılır.

Bundan sonra ağacları dibindən kəsirlər. Məlumatı dəqiqləşdirmək üçün sayt əməkdaşları ərazidə olublar. Sakinlərin dediyinə görə, indiyədək onlarla ağac beləcə məhv edilib.

Amma bunun kimlərin və nə məqsədlə etdiyi onlar üçün də qaranlıq qalıb. Bir yandan da kənar yerlərdən gəlib bura zibil atanlar ərazini zibilliyə çeviriblər. Ərazinin qorunmasına məsul olan şəxslər isə sanki heç nə olmamış kimi sakinlərin şikayətini qulaqardına vururlar.

Sayt problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat xidməti ilə əlaqə saxlayıb.

Xidmətin rəhbəri İradə İbrahimovanın verdiyi məlumata görə, mütəxəssislər artıq ərazidə araşdırmalar aparır. Nəticəsi ilə bağlı açıqlama veriləcək. Qeyd edək ki, həmin meşə zolağı mərhum akademik Həsən Əliyevin göstərişi ilə salınıb.

AzNews.az
Bağla X