20:41
(077) 610-22-33

İsmayıllıda meşə yanır- Havaya helikopter qaldırıldı

  • >
418 27 Avqust 2014 12:01 | Hadisə

Azərbaycanın İsmayıllı rayonunda meşə yanır.



AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, İsmayıllı rayonu, Qaraqaya kəndində (rayon mərkəzindən 25 km aralı) dağlıq ərazidə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanır. Yanğının söndürülməsinə FHN-nin Aviasiya Dəstəsindən 1 ədəd təyyarə, 2 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə texnikası və şəxsi heyəti cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

AzNews.az
Bağla X