08:00
(077) 610-22-33

Quba sakini süni göldə boğuldu

  • >
648 29 Avqust 2014 07:29 | Hadisə

Quba rayonun 39 yaşlı sakini süni göldə boğuldu.


AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, qurumun "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 28 avqust tarixində Quba rayonu, Susay kəndi ərazisində süni göldə batmış 1975-ci il təvəllüdlü Əkrəm Eldar oğlu Əhmədzadənin axtarışları başa çatıb. Ə.Əhmədzadənin cəsədi FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 23:55-də başa çatıb.

Amid
AzNews.az
Bağla X