Ermənilər cəbhə xəttində yenə də atəşkəsi pozublar. Ermənilər cəbhə xəttində yenə də atəşkəsi pozublar.

Bu gecə də mövqelərimiz atəşə tutuldu

Ermənilər cəbhə xəttində yenə də atəşkəsi pozublar.

Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Baş Qərvənd, Sarıcalı, Şuraabad kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az