Qax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Qax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Qaxda ağır yol qəzası baş verdi - 1 nəfər öldü

Qax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.


APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 5-də saat 16.00 radələrində Qax rayonunun Əmbərçay kəndində Bakı şəhər sakini Rauf Allahverdiyevin idarə etdiyi "Rexton" və Qəbələ rayon sakini Şirvan Şirinovun idarə etdiyi "VAZ-2104" markalı avtomobillər toqquşub. Ş. Şirinov hadisə yerində ölüb, sərnişini - Sahib Zeynalov, habelə R. Allahverdiyev və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Qax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.