13:14
(077) 610-22-33

Bakıda maşın yandı - VİDEO

  • >
490 19 Sentyabr 2014 14:08 | Hadisə

Bu gecə Bakının mərkəzində maşın yanıb. Hadisə Nəsimi rayon Səməd Vurğun və Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsində qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, Kəramət Haşimovun idarə etdiyi "Mercedes" markalı avtomaşın Səməd Vurğun küçəsi ilə hərəkətdə olan zaman digər yolla gələn "ZAZ" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisədən sonra "ZAZ" yoldan çıxaraq hadisə yerinin yaxınlığındakı "Karaoke klub"a çırpılıb. Bundan sonra isə nəqliyyat vasitəsi qəfildən yanmağa başlayıb.

Hadisədən sonra "ZAZ" markalı maşında olan sürücü və bir nəfər sərnşin nəqliyyat vasitəsindən çıxmağı bacarıblar. Amma hər iki şəxs hadisə yerinə polislər gələnə qədər oradan qaçaraq uzaqlaşıblar.

Hadisədən sonra əraziyə Dövlət Yol Polis İdarəsinin əmkhdaşları ilə yanaşı yanğınsöndürənlər də cəlb olunub. Yanğının "Karaoke klub"a keçməsinə imkan verilməyib.

Qəzaya səbəb maşınlardan birinin yolu işiqforun qırmızı işığında davam etdirməsi səbəbindən baş verib. Müşahidə kamerasındakı görüntülər izlənəndən sonra hadisənin hansı sürücünün səhlənkarlığı ucbatından baş verməsi məlum olacaq.



AzNews.az
Bağla X