00:59
(077) 610-22-33

Bakıda Dünya Turizm Günü qeyd edildi

  • >
552 26 Sentyabr 2014 09:55 | Hadisə

Sentyabrın 27-də planetimizin hər yerində Dünya Turizm Günü qeyd edilir.



AzNews.az AzərTAc-a istinadən xəbər verir ki, bu münasibətlə sentyabrın 26-da "Hilton Baku" mehmanxanasında aidiyyəti dövlət qurumlarının, turizm sənayesində fəaliyyət göstərən özəl sektorun nümayəndələrinin, həmçinin ölkəmizdə akkreditə olunmuş diplomatların iştirakı ilə konfrans keçirilib.

Konfrans öz işinə Dünya Turizm Təşkilatı baş katibinin videomüraciəti ilə başlayıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin açılış nitqindən sonra Azərbaycanda turizmin inkişafından bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən həyata keçirilmiş "Ölkəmizi tanıyaq", "Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi" layihələri, ölkəmizdə yeni yaradılmış "City Sightseeing Baku" şirkəti tərəfindən yerli və xarici qonaqlara göstərilən xidmət, Azərbaycan Konqreslər Bürosunun fəaliyyəti, birinci Avropa Oyunlarının Azərbaycanda reallaşdırılması barədə təqdimatlar olub. Həmçinin "Baku Guide" bələdçi kataloqunun təqdimatı keçirilib.

Sonda bu sahədə fərqlənənlərə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri turizm işçisi" döş nişanı, həmçinin Bakı Turizm İnformasiya Mərkəzinin fəxri diplomları təqdim edilib.
Bağla X