- Köhnə - Hadisə
- 4 Mart 2015 21:28
- 3 739
Cəlilabad-Yardımlı yolunda torpaq sürüşməsi- FOTOLAR
Son günlər havaların yağmurlu keçməsi cənub bölgəsinin bəzi dağlıq ərazilərində olduğu kimi, Cəlilabad-Yardımlı avtomobil yolunun Pərdi kəndindən keçən hissəsində də torpaq sürüşməsinə səbəb olub.
Nəticədə yolda nəqliyyat vasitələrinin hərəkətində bir sıra çətinliklər yaranıb.
Cəlilabad rayon fövqəladə hallar komissiyasının sədri Asif Əzizov AzərTac-a bildirib ki, yeni salınmış yolda sürüşməyə məruz qalmış ərazinin bərpa edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib, avtomobillərin intensiv hərəkəti təmin olunub.