00:31
(077) 610-22-33

Salyanda həyətlərə su doldu – İnsanlar bayıra çıxa bilmir

  • >
1 381 5 Mart 2015 15:30 | Hadisə

Ölkə ərazisinə yağan qarın yaratdığı fəsadların ardınca indi də qurunt suları Salyan rayonunun bəzi ərazilərində hərəkəti iflic edib.



AZNEWS.AZ xəbər verir ki, bir neçə gündür ki, əlaqədar qurumlar həyətlərdəki suların çəkilməsi üçün hərəkətə keçib. Bəzi evlərin həyətlərində suyun səviyyəsi 30-40 sm-ə çatıb. Yaranan gölməçələr sakinlərin küçəyə çıxmaq imkanını məhdudlaşdırıb.

Artıq Salyan rayon Fövqəladə Hallar Komissiyasının və FHN-in Muğan regional mərkəzinin əməkdaşları tərəfindən həyətlərdə yığılıb qalan qurunt sularının çəkilməsinə başlanılıb.

Görülən işlər nəticəsində suyun səviyyəsini bəzi küçələrdə azaltmaq mümkün olsa da zirzəmilərə dolan su bir çox evlərin divarlarında çatların yaranmasına səbəb olub.
Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, qurunt sularının çəkilib qurudulması məqsədi ilə hazırda rayonun müxtəlif ərazisində 50-yə yaxın su nasosu fəaliyyət göstərir.
image description
Bağla X