15:17
(077) 610-22-33

Göygöldə ağır yol qəzası- Ölən və yaralanan var

  • >
2 036 7 Mart 2015 20:14 | Hadisə

Gəncə-Toğana avtomobil yolunun 11-ci kilometrliyində ağır yol nəqliyyat qəzası baş ver



APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə martın 7-də saat 19 radələrində rayonun Aşıqlı kəndi yaxınlığında baş verib. "Niva" markalı avtomobillə "Toyota" markalı avtomobil toqquşub. Qəza zamanı "Niva"da olan bir nəfər ölüb.

Hadisə yerinə gələn FHN-nin xilasediciləri meyiti deformasiyaya uğrayan avtomobildən çıxarıblar. Qəza zamanı "Niva"da olan başqa bir nəfər isə ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə ölən şəxslə yaralanın ata-bala olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.
Bağla X