11:04
(077) 610-22-33

Bakının mərkəzində içməli su olmayacaq

  • >
1 150 10 Mart 2015 18:42 | Hadisə

Bakının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.



"Azərsu" ASC-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Bakı şəhəri, Cəlil Məmmədquluzadə və Bakıxanov küçələrinin kəsişməsindən keçən 700 mm diametrli magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 11 mart 2015-ci il tarixdə saat 09:00-dan etibarən gün ərzində Səbail, Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Bağla X