05:17
(077) 610-22-33

Xaçmazda avtomobillər toqquşdu - FOTO

  • >
883 11 Mart 2015 23:25 | Hadisə

Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.



APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun 17-ci km-də, magistralın Qusarçay kəndi ərazisində keçən hissəsində qeydə alınıb. Xaçmaz rayon sakini, 1981-ci il təvəllüdlü Mehdiyev Ceyhun Mehdi oğlunun idarə etdiyi 27 BK 580 dövlət nömrə nişanlı "Ford" markalı avtomaşınla Xaçmaz rayonu, Xəzərli kənd sakini 1967-ci il təvəllüdlü Museyibov Rəşad Şahin oğlunun idarə etdiyi 27 BD 003 dövlət qeydiyyatlı "VAZ 2106" markalı avtomaşın toqquşub.

Qəza nəticəsində hər iki maşının sürücüsü və "Ford"da olan sərnişin, Xaçmaz rayon sakini, 1990-cı il təvəllüdlü Qəribov Qərib Əmirşah oğlu müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına (MRX) gətirilib. Q.Qəribov ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. R.Museyibova baş-beynin silkələnməsi, sağ bud canaq oynağının çıxışı, C.Mehdiyevə isə sağ əlin və döş qəfəsinin əzilməsi diaqnozu qoyulub. Digər hər iki şəxsin müalicəsi Xaçmaz MRX-da davam etdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.
Bağla X