01:00
(077) 610-22-33

Cəlilabadda ev partladı - Xəsarət alanlar Bakıya gətirildi (VİDEO)

  • >
1 379 16 Mart 2015 14:31 | Hadisə

Cəlilabadda şəhərində ikimərtəbəli ev partlayıb.



AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 252 kv.m olan ikimərtəbəli 10 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.
Yanğın nəticəsində evin 1-ci mərtəbəsində 1 ədəd divan və döşək qismən yanıb.

Partlayış zamanı 4 nəfər yanıq xəsarəti alıb.


Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Son anda verilən məlumata görə Cəlilabad rayonunda ikimərtəbəli evdə baş verən güclü partlayış zamanı xəsarət alanların adları bəlli olub.

Bu haqda məlumatı APA-nın cənub bürosu yayıb.

Hadisə bu gün səhər saatlarında Cəlilabad şəhərinin Səttarxan küçəsində Tacəddin Mirzəbəy oğlu Hüseynovun ailəsi ilə kirayənişin yaşadığı evdə qeydə alınıb.
Şahidlər deyib ki, ərazidə təbii qazın kəsilərək yenidən verilməsindən xəbərsiz olan Tacəddin Hüseyinov evdəki qaz sobasını yandırmaq istəyərkən yanğınla müşayiət olunan güclü partlayış olub.


Partlayış zamanı ev sakini ilə yanaşı onun arvadı Samirə Hüseynova, onların iki azyaşlı yaşlı oğlanları - 11 yaşlı Mirhəbib və 13 yaşlı Mirhumay Hüseynovlar müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar qonşular tərəfindən dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Ancaq onların vəziyyətləri ağır olduğundan Bakıdakı Yanıq Mərkəzinə yola salınıblar.
Faktla bağlı araşdırma aparılır.
image description image description image description image description image description image description image description image description
Bağla X