07:30
(077) 610-22-33

Burun əməliyyatı olan qızın öldüyü klinika bağlandı

  • >
1 867 19 Mart 2015 15:35 | Hadisə

Azərbaycanda burun əməliyyatı zamanı ölüm baş vermiş özəl klinikanın – “StarMed”in fəaliyyəti dayandırılıb.



Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, nazirliyin sərəncamı ilə klinikanın fəaliyyəti və hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma başlayıb.

Klinika ilə bağlı müvafiq qərar araşdırmalar başa çatandan sonra veriləcək.

Qeyd edək ki, məlum hadisə "StarMed" klinikasında martın 18-də qeydə alınıb. Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi olan Mürsəlova Leyla Namiq qızı burnundan əməliyyat olunmaq istəyib. Lakin tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o, dünyasını dəyişib. İlkin olaraq, qızın narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir.

Həmin faktla bağlı Yasamal Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilib, əməliyyatı aparan həkim və klinikanın digər həkimləri iş üzrə dindirilib.
Bağla X