08:59
(077) 610-22-33

Dələduzluqda təqsirləndirilən kafedra müdirinin məhkəməsi başladı

  • >
1 350 19 Mart 2015 18:38 | Hadisə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə Dövlət Universitetinin Ekologiya və Təbiəti Mühafizə kafedrasının müdiri vəzifəsində işləmiş Vaqif Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.



APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Prosesin baxış iclası aprelin 3-nə təyin edilib.

Qeyd edək ki, Vaqif Rəhimov Cinayət Məcəllənin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Bağla X