05:25
(077) 610-22-33

Azərbaycanda ev və məktəb yandı

  • >
729 1 Aprel 2015 09:08 | Hadisə

Azərbaycanda bu gecə ev və məktəb yanıb.



AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, ilk yanğın hadisəsi Zaqatala rayonunun Qəbizdərə kəndində qeydə alınıb.

Belə ki, 2 ailəyə məxsus ümumi sahəsi 216 kv.m (hər mərtəbəsi 108 kv.m) olan ikimərtəbəli evdə ümumi sahəsi 48 kv.m (hər mərtəbəsi 24 kv.m.) olan 2 otaqlı evin yanar konstruksiyaları 48 kv.m sahədə və ev əşyaları qismən, digər vətandaşa məxsus ümumi sahəsi 168 kv.m olan 5 otaqlı (hər mərtəbəsi 84 kv.m) evin dam örtüyünün yanar konstruksiyaları 48 kv.m sahədə yanıb.

İkinci yanğın isə Balakən rayonunun Şərif kəndində baş verib.

Təhsil Nazirliynə məxsus ümumi sahəsi 840 kv.m olan birmərtəbəli orta məktəbin yanar konstruksiyaları 125 kv.m (1 sinif otağının, müəllimlər otağının, dəhlizin yanar konstruksiyaları və əşyaları 110 kv.m və 1 sinif otağının tavanı 15 kv.m) sahədə yanıb.
Məktəbin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bağla X