23:54
(077) 610-22-33

Xaçmazı su basdı: 5 kəndlə əlaqə kəsildi (Fotolar)

  • >
1 033 6 May 2015 20:26 | Hadisə

Ötən gündən başlayan güclü yağış Xaçmazda daşqınlara səbəb olub.



Axar.az-a rayondan verilən xəbərə görə, mənbəyini Böyük Qafqaz sıra dağlarından götürən Ağçaydakı daşqın çayın üzərində tikilən bəndi və piyada körpüsünü yuyub aparıb.

Rayonun seldən ən çox ziyan görən kəndi Ağyazıbuduq olub. Belə ki, kəndlə əlaqə tamamilə kəsilib. Hazırda selin kənd qəbiristanlığına tərəf irəlilədiyi bildirilir.

Xaçmaz rayonunun Alıcıqışlaq, Qaraçaycek, Qaracıkzeyid, Asağızeyid və Qədimalıqışlaq kəndləri ilə gediş-gəliş çətinləşib. Məlumata görə, Quba rayonun bəzi kəndlərindəki torpaq sahələri də daşqından ciddi ziyan görüb.

Ağyazıbuduq kənd sakinləri bildiriblər ki, 200 ha torpaq sahəsi Ağçay üzərindəki bənd vasitəsilə sulanırdı. Bənd dağıldığı üçün bu mövsüm həmin torpaq sahələrinin suvarılması qayğısı indidən sakinləri narahat edir.

image description image description
Bağla X