Milli Televiziya və Radio Şurasında ATV kanalında yayımlanan “Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyevanın verilişdə səsləndirdiyi fikirlərlə bağlı müzakirə aparılıb. Milli Televiziya və Radio Şurasında ATV kanalında yayımlanan “Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyevanın verilişdə səsləndirdiyi fikirlərlə bağlı müzakirə aparılıb.

MTRŞ Mətanətə görə ATV rəhbərliyinə irad bildirdi

Milli Televiziya və Radio Şurasında ATV kanalında yayımlanan “Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyevanın verilişdə səsləndirdiyi fikirlərlə bağlı müzakirə aparılıb.



MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov APA-ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı ATV kanalının rəhbərliyinə sifahi irad bildirilib.

Qeyd edək ki, mayın 20-də efirə gedən "Gündəlik" verilişində Binəqədi rayonunda çoxmərtəbəli binada yanğın baş verməsi ilə bağlı səsləndirdiyi fikirlər ciddi etiraza səbəb olub.

"Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi", - deyə aparıcı verilişində bildirib.