Çimərlik voleybolu üzrə milli komandamız Ermənistan yığmasını məğlub edib. Çimərlik voleybolu üzrə milli komandamız Ermənistan yığmasını məğlub edib.

Komandamız erməniləri məğlub etdi

Çimərlik voleybolu üzrə milli komandamız Ermənistan yığmasını məğlub edib.


AzNews.az xəbər verir ki, Gürcüstanın Batumi şəhərində çimərlik voleybolu üzrə ənənəvi "The Queens of Black Sea" beynəlxalq turniri keçirilib. Yarışda Azərbaycandan 1, Ermənistandan 4 və Gürcüstandan 3 cütlük qüvvəsini sınayıb.

Anita Bredis və Kəmalə Əsgərovadan ibarət millimiz 3-cü pillənin sahibi olub. Komandamız qrup mərhələsində ermənilərə qalib gəlsə də, yarımfinalda gürcülərin müqavimətini qıra bilməyərək məğlub olub. Lakin voleybolçularımız bürünc medal uğrunda matçda ev sahiblərinin digər cütlüyünə qalib gəlib.

Aygün