05:44
(077) 610-22-33

“Bundan sonra danışa bilərlər” - Məşqçisindən Orucovun qələbəsiylə bağlı müsahibə

  • >
6 487 9 Avqust 2016 13:43 | İdman

Rioda keçirilən Olimpiya Oyunlarında ölkəmizə ilk qələbə sevincini bəxş edən cüdo üzrə kişilərdən ibarət yığma komandanın məşqçisi Fərhad Məmmədovun AzNews.az-a müsahibəsi:


- Fərhad bəy, Rüstəm Orucovun medal qazanacağına inanırdınız?

- Əlbəttə ki, inanırdıq. Böyük ümidlərimizdən biri o idi.

- Bəs sizcə onun qızıl qazanmasına nə mane oldu?

- Ono güclü rəqibdir. Amma idmançımız Rüstəm Orucov da texniki və dözümlülük cəhətdən ondan geri qalmadı. Fiziki cəhətdən çatdırmadığı üçün finalı əldən verdi.

- Rüstəm Orucovdan öncəki cüdoçular Nicat Şıxalızadə və Orxan Səfərov gözləniləni doğrultmadı. Orxan Səfərova olan ümidlər çox böyük idi…

- Orxan da bu yarışa tam hazır idi. Olimpiya Oyunlarında iştirak etmək tam başqa hissdir. Ona görə Orxan özünü toparlaya, güləşini tam göstərə bilmədi.

- Bəs Nicat Şıxalızadə?

- Nicat texniki səhvinin üzündən uduzdu.

- Növbəti olimpiya medalı hansı cüdoçulardan gələ bilər?

- Elmar Məmmədova ümidim böyükdür. Amma unutmayaq ki, Olimpiya Oyunları sürprizlərlə doludur. Burada çox güclü idmançılar məğlub oldu. Bu üç gündə hər üç idmançımız xarakter göstərsə, uğurlu ola bilər.

- Rüstəm Orucovun gümüş medalı digər idmançılarımıza müsbət təsir göstərə bilərmi?

- Bəli, uşaqlarda ab-hava yüksəkdir.

- Hansı əyarlı medallara ümid var?

- Onu demək çətindir, qismət nədirsə, o olacaq.

- Məlumatlara görə baş məşqçi Peter Zeyzenbaxer cüdoçuların mətbuata açıqlama verməsinə qadağa qoyub. Bu, doğrudurmu?

- Yarışa qədər… Yarışdan sonra isə sərbəstdirlər. Bundan sonra danışa bilərlər.

Aygün İLQARQIZI
Bağla X