London Olimpiadasının bürünc mükafatçısı, milli komandamızın bayraqdarı Teymur Məmmədov sosial şəbəkədə onu məğlubiyyətinə görə tənqid edənlərə kəskin cavab verib. London Olimpiadasının bürünc mükafatçısı, milli komandamızın bayraqdarı Teymur Məmmədov sosial şəbəkədə onu məğlubiyyətinə görə tənqid edənlərə kəskin cavab verib.

Olimpiya mükafatçımızdan sərt cavab: “Bəzi başdan xarablar ...”

London Olimpiadasının bürünc mükafatçısı, milli komandamızın bayraqdarı Teymur Məmmədov sosial şəbəkədə onu məğlubiyyətinə görə tənqid edənlərə kəskin cavab verib.


AzNews.az xəbər verir ki, Teymur Məmmədov feysbuk hesabında onu tənqid edənləri axmaq, başdan xarab adlandırıb.

"Bəzi başdan xarablar, boksdan başınız çıxmır nə yalandan, axmaq axmaq yazırsınız?!", - deyə bayraqdar özündən çıxıb.

Xatırladaq ki, dünən gecənin ikinci döyüşündə London Olimpiadasının bürünc mükafatçısı, milli komandamızın bayraqdarı Teymur Məmmədov yumruqlarının gücünü sınayıb. 81 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda qazaxıstanlı Adilbek Niyazimbetovla döyüşüb. Medalın bir addımlığında olan boksçumuz bu hədəfinə çata bilməyib. Rəqibinə 0:3 hesabı ilə məğlub olan Məmmədov Olimpiadada çıxışını başa vurub.



Aygün